"Mançester Siti" Pol Poqbanı transfer etmək niyyətindədir
Far.Az xəbər saytı

"Mançester Siti" Pol Poqbanı transfer etmək niyyətindədir


İngiltərənin "Mançester Siti" klubu Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək niyyətindədir.

"Far.Az" "The Independent"ə istinadən məlumat verir ki, klub 31 yaşlı futbolçu ilə əlaqə saxlayıb.

Fransalı yarımmüdafiəçiyə zədədən sağalan "Qızıl Top"un hazırkı sahibi ispaniyalı Rodrinin müvəqqəti əvəzləyicisi kimi baxılır.

Qeyd edək ki, dünya çempionu antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya olunub. İlkin cəza müddəti 2023-cü ilin sentyabrından etibarən 4 il təşkil etsə də, sonradan 18 aya qədər azaldılıb. P.Poqba gələn ilin martında meydana qayıda biləcək.

Oxşar xəbərlər

Antidopinq qaydalarını pozan Pol Poqbanın cəzası 18 aya endirilib
"Yuventus" Pol Poqba ilə rəsmən yollarını ayırıb
"Mançester Siti" Rodrinin müqaviləsinin müddətini ən qısa zamanda uzatmaq istəyir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mbappe Poqbanın diskvalifikasiya müddətinin azaldılmasına reaksiya verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər