"Barselona" və "Real"ın əfsanələri yoldaşlıq matçı keçirib
İspaniyanın "Barselona" və "Real" klublarının əfsanələri bu gün Yaponiyanın paytaxtı Tokioda yoldaşlıq matçı keçirib.
"Far.Az" xəbər verir ki, İspaniya yığmasının və kataloniya klubunun sabiq futbolçusu Andres İnyestanın şərəfinə keçirilən görüş "Barselona"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"El-Klasiko"da "Barselona"nın heyətində 31-ci dəqiqədə Xavyer Saviola fərqlənib. Digər qolları isə "Real"ın futbolçuları vurub. Xavyer Balboa 78-ci dəqiqədə hesabı bərabərləşdirsə də, Fernando Sans əlavə olunmuş dəqiqələrdə avtoqol müəllifi olub. Qələbə qolunda İnyesta da iştirak edib. Məhz onun ötürməsindən sonra qapıçının əlinə dəyib tirdən qayıdan topu F.Sans öz qapısından keçirib.
Qeyd edək ki, A.İnyestanın vida matçında Xavi, Qaiska Mendieta, Rivaldo, İker Kasilyas, Roberto Karlos, Fabio Kannavaro, Stiv Makmanaman, Lüdovik Jüli kimi keçmiş futbolçular oynayıb.
Oxşar xəbərlər
Fabio Kannavaro "Qızıl top"a əsas namizədlərin adlarını açıqlayıb
Andres İnyesta karyerasını sonlandırdığını açıqlayıb
Millətlər Liqası: Azərbaycan yığması növbəti dəfə məğlub olub - YENİLƏNİB-8
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













