Azərbaycan karateçiləri Türkiyədə beynəlxalq turnirdə 4 medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan karateçiləri Türkiyədə beynəlxalq turnirdə 4 medal qazanıblar


Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində keçirilən "Bosphorus Cup" beynəlxalq turnirində 4 medal qazanıblar.

"Report" xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) Bakı, Naxçıvan və Gəncə üzrə nümayəndəlik və klublarından ümumilikdə ölkəmizi bu yarışda 23 karateçi təmsil edib.

Yarışın nəticələrinə əsasən Zəhra Məmmədzadə kata növündə (8-9 yaş) qızıl medal qazanıb. Kumite növlərində Aqdəş Cəfərli (10-11 yaş) və Əliəşrəf Qafarov (14-15 yaş) gümüş, Sona Nəcəfbəyli isə (8-9 yaş) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, karateçilərimiz beynəlxalq turnirdə AKF-nin parakarate komitəsinin sədri və baş məşqçisi Rənad Əliyevin rəhbərliyi altında iştirak ediblər. Hər il ənənəvi olaraq keçirilən yarışda 28 ölkədən 4300 idmançı qüvvəsini sınayıb.

Oxşar xəbərlər

"Fullkontakt Kyokuşin Karate" üslubu üzrə "Bakı kuboku" turniri keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan karateçiləri beynəlxalq yarışda qızıl və gümüş medallar qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər