İbrahim Rəisinin xanımı Rusiya telekanalına müsahibə verib
Far.Az xəbər saytı

İbrahim Rəisinin xanımı Rusiya telekanalına müsahibə verib




İranın mərhum prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmolhoda Rusiyanın RT televiziya kanalına müsahibə verib.

O qeyd edib ki, bu, ərinin ölümündən sonra müsahibə verməyə razılaşdığı ilk media orqanıdır.

"Mənim bu qərarı qəbul etməyimin səbəblərindən biri kimi RT-nin dürüstlüyüdür," - deyə mərhum prezidentin xanıml bildirib.

Onun sözlərinə görə, Qərb mediası İran haqqında dəhşətli və qorxunc imic yaradıb.

Cəmilə Ələmolhoda əlavə edib ki, Qərb məqsədyönlü şəkildə İranın gənclərini və qadınlarını ölkənin hakimiyyətinə qarşı qoymağa çalışır.

İran prezidentinin helikopteri 19 may tarixində qəzaya uğrayıb. 21 avqustda "Fars agentliyi" İranın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat verib ki, İbrahim Rəisinin helikopter qəzası ilə bağlı təhqiqat başa çatıb və insident bədbəxt hadisə kimi qəbul edilib. Mediaya görə, qəza zamanı helikopterdə təhlükəsizlik protokollarına görə icazə veriləndən iki nəfər artıq olub. Həmçinin, jurnalistlər qeyd ediblər ki, pilot dumanı gördükdən sonra helikopteri lazımi hündürlüyə qaldırmağa çalışıb, lakin bunu bacarmayıb və məhdud görünmə şəraitində dağa çırpılıb.

Eyni zamanda, İran Silahlı Qüvvələrinin Baş Qərargahı qəzanın səbəbləri ilə bağlı Fars agentliyinin yaydığı məlumatları təkzib edib.

Far.Az

Oxşar xəbərlər

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib
KİV: Rəisinin helikopterinin qəzaya uğraması bədbəxt hadisə hesab edilib
İran SQ Baş Qərargahı “Fars”ın Rəisinin helikopterinin qəzaya uğramasına dair səbəbləri ilə bağlı məlumatı təkzib edib - YENİLƏNİB
İran SQ Baş Qərargahı “Fars”ın Rəisinin helikopterinin qəzaya uğramasına dair səbəbləri ilə bağlı məlumatını təkzib edib - YENİLƏNİB
Rəisinin helikopter qəzasında ölümü ilə bağlı istintaq başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər