İran SQ Baş Qərargahı “Fars”ın Rəisinin helikopterinin qəzaya uğramasına dair səbəbləri ilə bağlı məlumatı təkzib edib - YENİLƏNİB
İran Silahlı Qüvvələrinin Baş Qərargahı “Fars” agentliyinin İslam Respublikası Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəblərinə dair məlumatını təkzib edib.
Far.Az xəbər verir ki, bu barədə İran Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.
“Fars” agentliyinin helikopterin qəzaya uğramasında amillərdən biri kimi təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması, bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə edə bilməməsi barədə məlumatı yalandır”, - bəyanatda deyilir.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı mediadan müdafiə və təhlükəsizlik mövzusunda xəbərlərin dərcini qurumla əlaqələndirməyi, operativliyə görə dəqiqliyi qurban verməməyi və düşmənlərə sui-istifadə üçün səbəb verməməyi tələb edib.
***
19:04
İranda Prezident İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi başa çatıb.
Far.Az İran mediasına istinadən xəbər verir ki, Rəisinin hər hansı kənar müdaxilə olmadan, qəza nəticəsində öldüyü təsdiqlənib.
Qəzanın səbəbi kimi “hava şəraiti” və “helikopterin ağır çəkisi” müəyyən edilib.
İstintaqda ümumilikdə 30 min nəfər dindirilib.
Müəyyən olunub ki, Rəisinin olduğu helikopterə nəzərdə tutulduğundan çox sayda adam götürülüb. Bu səbəbdən helikopter lazım olan yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb.
Qeyd edək ki, göyərtəsində İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb.
Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs qəzada həlak olub.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib
KİV: Rəisinin helikopterinin qəzaya uğraması bədbəxt hadisə hesab edilib
İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı istintaq başa çatıb, nəticə məlum olub
Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub













