Ucarda kabellər oğurlayan qohumlar saxlanılıblar
Far.Az xəbər saytı

Ucarda kabellər oğurlayan qohumlar saxlanılıblar


Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rəbitə dirəklərindən ümumi dəyəri 10 000 manata yaxın olan TPP tipli kabel oğurlayan rayon sakinləri Vüsal Fərzəliyev, Nicat Cəfərov və Sənan Cəfərov saxlanılıblar.

Araşdırma zamanı adıçəkilən şəxslərin noyabr-dekabr ayları ərzində Ucar şəhəri və üç kəndi ərazisində olan rabitə dirəklərindən 2400 metrdən artıq kommunikasiya kabellərini kəsdikləri, tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrinə satdıqları və əldə etdiyi pulları öz aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb. V.Fərzəliyevin, N.Cəfərovun və S.Cəfərovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər