Azərbaycan üzgüçüsü Əbu-Dabidəki beynəlxalq yarışda 7 medal qazanıb
Far.Az xəbər saytı

Azərbaycan üzgüçüsü Əbu-Dabidəki beynəlxalq yarışda 7 medal qazanıb


Azərbaycan üzgüçüsü Yeqor Maynitski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq yarışda 7 medal qazanıb.

Üzgüçülük Federasiyasından "Report"a verilən məlumata görə, idmançı öz yaşıdları arasında yarışın ən yaxşısı seçilib.

14 yaşlı üzgüçü turnirdə 50, 100 və 200 metr məsafələrə brass üsulunda üzməkdə bütün rəqiblərini üstələyib.

Bundan başqa Y.Maynitski 200 metr məsəfə üzrə qarışıq üsulda da finişə hamıdan birinci çatıb. O, 400 metr məsafəyə qarışıq və 50 metr məsafəyə sərbəst üsulda üzməkdə ikinci olub.

İdmançı kəpənək üsulunda 50 metr məsafə üzrə üçüncü olub.

Beləliklə Y.Maynitski ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Qeyd edək ki, turnir dekabrın 14-16-sı aralığında keçirilib.

Oxşar xəbərlər

Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Paris 2024: Azərbaycan medal sıralamasını 28-ci pillədə bitirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər