Mourinyo gənc futbolçunun zəif tərəflərini açıqladı: "Hələ çox şeyi öyrənməlidir"
Far.Az xəbər saytı

Mourinyo gənc futbolçunun zəif tərəflərini açıqladı: "Hələ çox şeyi öyrənməlidir"


"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Yan Diomandenin inkişafını dəyərləndirib. O, gənc futbolçunun böyük potensiala malik olduğunu, lakin üzərinə düşən gözləntilərin və transfer qiymətinin oyununa təsir etdiyini bildirib.

BAKU.WS xəbər verir ki, Mourinyo bu fikirləri İspaniya çempionatının IX turunda "Sevilya" üzərində 4:1 hesablı qələbədən sonra səsləndirib. Həmin görüşdə Diomande bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mourinyonun sözlərinə görə, futbolçunun inkişafı üçün hələ görüləsi çox iş var. O, Diomandenin gənc olduğunu, oyun tərzinin tam formalaşmadığını və "Real Madrid"də tələblərin son dərəcə yüksək olduğunu vurğulayıb.

"Onun çox şeyi yaxşılaşdırmasına ehtiyac var və inkişaf üçün böyük potensialı mövcuddur. O, gəncdir, bir qədər sadəlövhdür və oyunu hələ tam formalaşmayıb. "Real Madrid"də tələblər çox yüksəkdir. O, kürəyindəki 25 nömrə ilə deyil, onun üçün ödənilən 125 milyon avro ilə oynayır", – deyə Mourinyo bildirib.

Baş məşqçi əlavə edib ki, Diomande təhlükəli hücum mövqelərinə tez-tez çıxsa da, həlledici anlarda daha soyuqqanlı davranmağı, dəqiq ötürmələr verməyi və komanda yoldaşlarını daha yaxşı görməyi öyrənməlidir.

Mourinyo gənc futbolçunun gələcəkdə yüksək səviyyəyə çatacağına inandığını da qeyd edib. O, Vinisius Juniorun "Real Madrid"ə ilk gəldiyi dövrü xatırladaraq, braziliyalı oyunçunun iki-üç il ərzində yüksək səviyyəli futbolçuya çevrildiyini deyib.

Qeyd edək ki, "Real Madrid" növbəti turda "Barselona" ilə qarşılaşacaq. Madrid təmsilçisi 21 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və Kataloniya klubundan altı xal geri qalır.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər