35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu
Far.Az xəbər saytı

35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu


Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Coşkun Necati Arabacı 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, oktyabrın 22-də İzmir şəhərinin 20-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda Arabacı cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, iki zərərçəkənə qarşı qəsdən xəsarət yetirmə əməllərinə görə 7 il 6 ay, iki ayrı silahlı hücumla əlaqədar qanunsuz odlu silah gəzdirməyə görə isə 2 il həbs cəzası alıb.

Məhkəmə Arabacını digər ittihamlar üzrə təqsirli bilməyərək ona bəraət verib.

Coşkun Necati Arabacının 2025-ci il oktyabrın 5-də Serbiyanın paytaxtı Belqraddan İzmir şəhərindəki Adnan Menderes hava limanına gəldiyi müəyyən edilib. O, İzmir Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə göndərilən Arabacı barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan aşağı instansiya məhkəməsi onun məhkəmə nəzarəti altında azadlığa buraxılması barədə qərar qəbul edib. Lakin İzmir Baş Prokurorluğunun etirazından sonra Arabacı yenidən həbs olunub.

İzmir Baş Prokurorluğu Arabacıya qarşı cinayətkar qruplaşmaya rəhbərlik, ağırlaşdırıcı hallarda soyğunçuluq, ağırlaşdırılmış qəsdən xəsarət yetirmə, eləcə də odlu silahlar və digər vasitələrlə bağlı qanunvericiliyin pozulması ittihamları irəli sürüb və onun 35 ilədək həbs cəzasına məhkum edilməsini tələb edib. Hazırlanan ittiham aktı İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib.

Oxşar xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər