Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 16-da Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 50 metr sərbəst üsulda qadınlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nərgiz Nəsirova birinci olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Leyla Əliyeva və DİN-nin əməkdaşı Nuriyə Axundova müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Emil İbrahimov, Toğrul Sadıqov (hər ikisi DİN), Pyotr Kuvşinov (SOCAR) fərqləniblər.
100 metr sərbəst üsulda qadınlar arasında Leyla Əliyeva (FHN) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Nəzrin Hüseynova və Nuriyyə Axundova (hər ikisi DİN) ikinci və üçüncü yerə layiq görülüblər. Kişilər arasında Emil İbrahimov, Cavidan Cahangirov (hər ikisi DİN), Teymur Fərəcov (Azərbaycan Beynəlxalq Bankı) ilk üçlükdə qərarlaşıblar.
4x50 metr sərbəst üsulda (estafet) qadınlar arasında DİN birinci olub. FHN və SOCAR yarışı ikinci və üçüncü pillədə tamamlayıblar. Kişilər arasında DİN birinci yerə layiq görülüb. SOCAR ikinci, FHN və Xəzər Dəniz Gəmiçiliyi üçüncü yerə layiq görülüblər.
Sərbəst üsulda qadınlar və kişilər arasında (4x50 metr MİX, estafet) keçirilən yarışda DİN birinci, FHN ikinci və SOCAR üçüncü pillədə qərarlaşıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
FHN-in əməkdaşları üzgüçülük yarışında yüksək nəticələr qazanıblar
"Kürü keçək?!" adlı yarışın qalibləri mükafatlandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













