Azərbaycanın dövlət qurumlarında lisenziyasız proqram təminatlarından istifadənin fəsadları müzakirə olunub
Azərbaycanın dövlət qurumlarında bir sıra zəruri proqram təminatlarının, o cümlədən antivirus həllərinin mərkəzləşdirilmiş qaydada istifadəsinin vacibliyi müzakirə olunub.
“Report” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bu, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ötən gün baş tutan növbəti iclasında baş verib.
Komissiyanın iclasında həmçinin dövlət qurumlarında lisenziyasız proqram təminatlarından istifadənin yaratdığı fəsadlardan, son günlərdə Dövlət Xidmətinin aşkar etdiyi kiberqruplaşmanın Azərbaycandakı, o cümlədən dövlət qurumlarında kompüterlərin yoluxdurulması ilə bağlı keçirdiyi əməliyyatlarından danışılıb.
Komissiyanın sədri, XRİTDX-nın rəisi, general-leytenant İlqar Musayev kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsi, həm kritik informasiya infrastrukturları subyektləri, həm də bu sahədə nəzarəti həyata keçirəcək Dövlət Təhlükəsizlik Xidməti və XRİTDX-nın üzərinə böyük məsuliyyət və iş yükü qoyması, növbəti ildən bu sahədə ciddi tənzimləmələrin həyata keçirilməsi, tələblərin icrasına nəzarətin gücləndirilməsi, reyestrin işə salınması və bu kimi sahə üzrə bir sıra tədbirlərin görülməsi barədə ətraflı məlumat verib.
Müzakirələrdə Koordinasiya Komissiyasının üzvləri - Daxili İşlər Nazirinin müavini, general-leytenant İsmət Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin (RİNN) müavini Samir Məmmədov, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini, general-leytenant Zaur İsmayılov, "ASAN xidmət"in sədr müavini Ceyhun Salmanov, akademik Rasim Əliquliyev, Müdafiə Nazirliyinin baş idarə rəisi, polkvonik Vasif Xəlilov, eləcə də qonaq qismində dəvət olunmuş Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, RİNN-in tabeliyində olan “Azintelekom” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən rəhbər şəxslər iştirak ediblər.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
"Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar" - Qərbi Azərbaycan Xronikası
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Misirdə ŞOK HADİSƏ: Qadın doqquz uşaq gözlədiyini öyrənib
-
Yaşı 50-ni keçənlərin DİQQƏTİNƏ! Risklər açıqlandı...













