Tbilisidə Müstəqillik Günü Azərbaycan və Gürcüstan bayraqları ilə qeyd olunub
Far.Az xəbər saytı

Tbilisidə Müstəqillik Günü Azərbaycan və Gürcüstan bayraqları ilə qeyd olunub


Tbilisidə Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə azərbaycanlılar və Gürcüstanda yaşayan soydaşlarımız da iştirak ediblər.

"Report"un yerli bürosunun məlumatına görə, Azadlıq meydanında keçirilən bayram tədbirlərində iştirak edən soydaşlarımız Azərbaycan və Gürcüstan bayraqları ilə yürüşə qoşulublar.

Tədbir iştirakçıları bildiriblər ki, iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri xalqlar arasında da özünü göstərir.

Qeyd edək ki, iki gün sonra Azərbaycan da Müstəqillik Gününü qeyd edəcək. Simvolik məqamlardan biri isə odur ki, həm Gürcüstanın, həm də Azərbaycanın müstəqilliyi Tbilisinin mərkəzində, Azadlıq meydanının yaxınlığında yerləşən tarixi binada elan olunub.

Paytaxt Tbilisidə Müstəqillik Günü münasibətilə mədəni, idman və əyləncə tədbirləri davam edir.

Oxşar xəbərlər

İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər