Şəhid qızı: Azərbaycan və Türkiyədən olan yaşıdlarımla Naxçıvanda bir araya gəlmək sevindiricidir
Azərbaycan və Türkiyədən olan yaşıdlarımla Naxçıvandsa bir araya gəlmək çox sevindiricidir.
“Far.Az”un yerli bürosunun məlumatına görə, bunu Ağbulaq İstirahət Mərkəzində təşkil olunan Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün “Yay düşərgəsi"ndə iştirak edən şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimova jurnalistlərə açıqlamasında deyib.
Şəhid övladı qeyd edib ki, Naxçıvan sakini olaraq, düşərgənin doğma diyarda keçirilməsi onu çox sevindirib:
“Bu dəfəki “Yay düşərgəsi”nə Azərbaycanla yanaşı, Türkiyədən də şəhid övladarı qatılıb. Onlarla bir arada olmaq bizim üçün çox qürurvericidir. Düşərgə müddətində iştirakçılar ölkəmizin bu qədim diyarını doyunca gəzib, tarixini, mədəniyyətini dərindən öyrənmək imkanı qazanacaqlar.
Naxçıvanda yaşayan biri kimi diyarımız barədə bilgilərimi yaşıdlarımla bölüşəcəyəm. İnanıram ki, bu müddətdə doyunca əylənib, xoş anlar keçirəcəyik. Təşkilatçılara təşəkkürümü bildirirəm. Allah Vətən yolunda canını qurban verənlərə rəhmət eləsin”.
Oxşar xəbərlər
Türkiyəli şəhid övladları: Ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik
Naxçıvanda azərbaycanlı və türkiyəli şəhid ailələrinin üzvləri üçün “Yay düşərgəsi” keçirilir
Qərbi Azərbaycan Xronikası: Çar və daşnak hökumətinin “toponim əməliyyatı” - VİDEO
Qərbi Azərbaycan Xronikası: Çar və daşnak hökumətinin “toponim əməliyyatı”
“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Ötən gün 25 nəfər saxlanılıb
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"













