Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib.

BDYPİ-dən BAKU.WS-ə verilən xəbərə görə, xəbərdarlıqda deyilir:

"Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahədə sürücü intizamının qənaətbəxş olmamasından xəbər verir.

"Mercedes" markalı avtomobilin sürücüsünün dəmir yol xəttinin üzərində məcburi dayanması nəticəsində hərəkətdə olan qatarla toqquşub. Sürücü son anda avtomobili tərk etməyə müəssər olsa da, dəmir yol təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.

Aparılan təhlillər göstərir ki, oxşar qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Başqa sözlə, yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olmaları, sonda qəzaları qaçılmaz edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etdikdən sonra hərəkət etməlidirlər".

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xaçmazda bir gündə iki "Prius" qatarla toqquşdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər