Antonio Quterreş: Suriyanın suverenliyi, ərazi birliyi və bütövlüyü tam bərpa edilməlidir
Suriya dünyanın ən böyük humanitar böhran regionlarından biri olaraq qalır. Suriya xalqını və İdlibdəki müqaviməti dəstəkləyən Türkiyə, ölkədəki tərəfləri əhatəli dialoqa razı salmaqda mühüm rol oynaya bilər.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Nyu-Yorkda təşkilatın qərargah binasında jurnalistlərin Suriyadakı proseslərlə bağlı suallarını cavablandırarkən deyib.
Suriyanın şimal-şərqində davamlı atəşkəs üçün şəraitin yaradılmasının vacibliyinə diqqət çəkən Quterreş İŞİD-in terror fəaliyyətlərinin qarşısının alınmasının zəruri olduğunu qeyd edib. Quterreş Suriyaya qarşı sanksiyaların ləğvindən də danışıb. Bildirib ki, sanksiyalar Bəşər Əsəd rejiminə tətbiq edilib və ölkədə vəziyyət son hadisələrlə dəyişib.
BMT rəsmisi regionda sabitliyin qorunması üçün bir sıra liderlərlə sıx əlaqədə olduğunu deyib: "Son eskalasiya bu ehtiyacları daha da artırdı. BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçeri yardımın daşınmasına kömək etmək üçün Suriyaya göndərdim. Suriyanın suverenliyi, ərazi birliyi və bütövlüyü tam bərpa edilməlidir və təcavüzə dərhal son qoyulmalıdır. Bu, həlledici məqamdır – ümid var və tarix anıdır, həm də böyük qeyri-müəyyənlikdir. Bəziləri vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Amma Suriya xalqının yanında olmaq beynəlxalq ictimaiyyətin borcudur".
Oxşar xəbərlər
Suriya: Gərginliklərin mərkəzi və beynəlxalq güc mübarizəsi - ANALİZ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Ozanyan” dəstəsinin anti-Türkiyə çıxışı – İrəvanın terrorçularla ortaqlığı - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













