"Qarabağ" rəsmisi: "Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib"
Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş direktoru Emrah Çelikel "beIN SPORTS"un saytına açıqlamasında deyib.
Klub rəsmisi Qurban Qurbanovun qardaş ölkə Türkiyədən təkliflər aldığını söyləyib:
"Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib. O, komandamızda qalmağı məqbul hesab edib. “Qarabağ”ın güclü mənəvi ruhu var. Baş məşqçimiz Vətəninə, bayrağına çox bağlıdır. "Qarabağ" uzun illərdir onun rəhbərliyi altında çıxış edir. Ayrılıqla bağlı məsələ müzakirə mövzusu olmayıb. Təbii ki, bəzi Avropa klubları da bəzən dəvətlər göndərirdi. Lakin Qurban Qurbanov öz qəti cavabını verib".
O, Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya mümkün keçidi ilə bağlı danışıb:
"Juninyoya rəsmi təklif göndərilib. Danışıqların ilkin mərhələsində razılığa gələ bilmədik. Lakin danışıqların davamı olacaq. "Sevilya" həqiqətən bu transferi həyata keçirmək istəyirsə, bizim də maraqlarımızı nəzərə almalıdır. Qış fasiləsində Juninyo kimi forvard tapmaq asan olmaz. Lakin istəyərdik ki, Azərbaycandan hansısa futbolçu La Liqada çıxış etsin".
Oxşar xəbərlər
"Qarabağ" rəsmisi:" Qurban Qurbanov Türkiyə klublarından təklif alsa da, qəbul etməyib"
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













