Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub
Far.Az xəbər saytı

Karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub


Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən ənənəvi karate üslubu üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.

"Report" xəbər verir ki, Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə keçirilən yarışlarda 35-dən çox klub və nümayəndəliklərdən 300 yaxın karateçi 48 dəst medal uğrunda öz qüvvəsini sınayıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar.

Mükafatçıları diplom və medallarla təltif ediliblər. Mükafatları idmançılara AKF-in vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüsrənov, federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov və ənənəvi karate üslubunun rəhbəri Əhməd Əfəndi təqdim ediblər.

İlk üç yeri tutmuş idmançılar ənənəvi karate üslubu üzrə milli komandanın tərkibinə cəlb olunacaq. Onlar 2025-ci ildə keçiriləcək dünya və avropa çempionatlarında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, komanda hesabında medalların sayına görə, "Fudokan", "Qarabağ" Karate Klubu və FHN-nin İdman sağlamlıq Mərkəzinin təmsilçiləri müvafiq olaraq ilk üç yeri tutublar.

Oxşar xəbərlər

"Fullkontakt Kyokuşin Karate" üslubu üzrə "Bakı kuboku" turniri keçirilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Naxçıvanda muxtar respublika çempionatı və birinciliyi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər