Keçmiş məcburi köçkün: Gözəl Şuşamız bizi gözləyir
“Bu gün köç karvanında olmaq, təntənə ilə yola salınmaq çox qürurverici və əvəzolunmaz hissdir. Gözəl Şuşamız bizi gözləyir”.
Bu fikirləri “Far.Az”a açıqlamasında bu gün Şuşaya köçən Rövşən Hümmətov söyləyib.
“Dövlətimiz məcburi köçkünlərə hər cür şərait yaratsa da, onların mənzil-məişət şəraitini yaxşılaşdırsa da, öz doğma yurdumuzda yaşamaq, orada yaratmaq hissi bir başqadır. İnanıram ki, hər şey daha gözəl olacaq.
Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Ordumuza, igid əsgərlərimizə təşəkkür edirik. Qazilərimizə cansağlığı diləyirik”,- deyə keçmiş məcburi köçkün əlavə edib.
Xatırladaq ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 49 ailə - 191 nəfər doğma yurduna köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Növbəti köç karvanı Şuşaya çatıb - YENİLƏNİB
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













