"Abşeron"un baş məşqçisi: "Sabah" bizə qarşı çox sərt oynadı"
Far.Az xəbər saytı

"Abşeron"un baş məşqçisi: "Sabah" bizə qarşı çox sərt oynadı"


Məhz buna görə "Sabah" bizə qarşı çox sərt oynadı.

"Far.Az" xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının VIII turunda "Sabah"la matçdan sonra deyib.

Klubun mətbuat xidmətinə açıqlamasında mütəxəssis hakimlərin sərt oyuna göz yumduğunu vurğulayıb:

"Sabah"ın bu liqanın ən keyfiyyətli komandası olması danılmaz faktdır. Buna qədər bir neçə oyunda meydana ciddi itkilərlə çıxırdılar. Amma bu dəfə tam heyətlə çıxış etdilər. Xüsusilə, Hassani Qravetin geri dönməsi rəqibin bir çox əsas problemlərini aradan qaldırdı. Daha bir nüans isə "Sabah"ın son görüşü məğlub başa vurması idi. Məhz buna görə bizə qarşı çox sərt oynadılar. Oyun qaydalarının icazə verdiyi həddən də bir qədər sərt. Hakimlər də buna icazə verdi. Reallıqda qarşılıq verib o tərzdə oynamalıydıq. Lakin bunu bacarmadıq".

Türkiyəli mütəxəssis rəqibin onlara dərs verdiyini söyləyib:

"Konsentrasiyanı ilk və ikinci hissələrdə itirdik. Sonradan toparlansaq da bu qədər fərqlə önə keçən "Sabah"a qarşı oyunu çevirmək mümkünsüz idi. Liqada digər komandalar bərabər səviyyəlidir. Onlarla oyunlarda belə fərqləri qapamaq olar, amma "Sabah"a qarşı bu, mümkünsüzdür. Bizə yaxşı dərs verdilər. Mənim və oyunçularım üçün bəzi məğlubiyyətlər xoş gəlir. Bunlardan nəticə çıxarırıq. Belə məğlubiyyətin də o qəbildən olduğunu düşünürəm. "Naxçıvan"la matçımız var və bu nəticənin bizə müsbət təsirlərinin olacağını düşünürəm. Amma hər zaman dediyim kimi günlük performanslar çox vacibdir. Oyunlara rəqibin kimliyinə önəm vermədən hazırlaşırıq. Belə fərqlə məğlubiyyətə rəğmən pis durumda deyilik. Hədəfimiz ilk "üçlük"də qalmaqdır və bunu bacaracaq heyətimiz var".

Qeyd edək ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun "Sabah" - "Abeşron" matçı Rimas Kurtinaytisin komandasının 94:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
"Şəki"nin baş məşqçisi: "Rəqibimiz basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı"
Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər