La Liqa: “Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub edib
Far.Az xəbər saytı

La Liqa: “Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub edib


İspaniya La Liqasının 18-ci turunda “Barselona” “Atletiko Madrid”i qəbul edib.

“Far.Az” xəbər verir ki, baş hakim Rikardo De Burqosun idarə etdiyi matç Barselonanın Olimpiya stadionunda baş tutub.

Matçın 30-cu dəqiqəsində Pedri katalonları hesabda irəli çıxarıb. Ev sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, hücumlarını qolla tamamlaya bilməyiblər. Əvəzində 60-cı dəqiqədə “döşəkçilər” tablodakı rəqəmləri bərabərləşdiriblər: argentinalı mərkəz müdafiəçisi Rodriqo de Paul cərimə meydançasının həndəvərindən topu qapıya göndərib. Matçın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə norveçli hücumçu Aleksander Sörlot qonaqların növbəti qolunu vuraraq yekun hesabı müəyyənləşdirib: “Barselona” – 1, “Atletiko Madrid” – 2.

Qeyd edək ki, 18 turdan sonra “Atletiko Madrid” (41 xal) turnir cədvəlinin zirvəsinə yüksəlib. Bir oyun artıq keçirmiş “göy-qırmızılar” isə 38 xalla ikincidirlər. Komandaların ən yaxın təqibçiləri isə əzəli rəqibləri “Real Madrid”dir (17 oyun, 37 xal).

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
İngiltərə Premyer Liqası: “Liverpul” turnir cədvəlinin lideri olub
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” "sülh"ə razılaşıb
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
İngiltərə Premyer Liqası: “Tottenhem” rəqibini darmadağın edib, MY və “Çelsi” sülhə razılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər