UEFA Avropa Liqası: "Qarabağ"  İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
Far.Az xəbər saytı

UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6


UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Qarabağ" İsveçin "Malmö" klubuna məğlub olub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 15-ci dəqiqəsində Juninyonun qolu ilə "Qarabağ" hesabı açıb. Bundan cəmi 4 dəqiqə sonra İsveç təmsilçisinin hücumçusu Erik Botheym fərqlənərək bərabərliyi təmin edib. Görüşün 47-ci dəqiqəsində isə E.Botheym komandasının qələbə qoluna imza atıb.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.

21:54

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında 3-cü qol vurulub.

"Report" xəbər verir ki, "Malmö"nün futbolçusu Erik Botheym 47-ci dəqiqədə 2-ci qolu "Qarabağ"ın qapısından keçirib - 2:1.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juninyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

21:37

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda davam edən oyunda hesab bərabərdir - 1:1.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juninyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

21:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juninyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

21:09

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

Oyunda hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juninyo fərqlənib.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

21:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində Juninyo fərqlənib - 1:0.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

20:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçında 3-cü qol vurulub - YENİLƏNİB - 5
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
UEFA Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyununda ikinci qol vurulub - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər