Kəlbəcərdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var
Far.Az xəbər saytı

Kəlbəcərdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var


Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.

Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xalq artisti Şahlar Quliyev dəfn olunub – YENİLƏNİB - 3
Xalq artisti Şahlar Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Xalq artisti Şahlar Quliyevlə vida mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər