Çində avtomobili izdihamın üzərinə sürən sürücü ölüm cəzasına məhkum edilib
Çin məhkəməsi Çande şəhərində avtomobili insanların üzərinə sürən sürücünü ölüm cəzasına məhkum edib.
“Far.Az” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
"2024-cü il dekabrın 23-də Hunan əyalətinin Çande şəhərinin Xalq Məhkəməsi Huan Venin işinə açıq baxış keçirib. Təqsirləndirilən şəxs ictimai təhlükəsizliyə təhdid yaradan cinayətə görə ölüm cəzasına məhkum edilib", - məhkəmənin qərarında deyilir.
Xatırladaq ki, Huan Ven bu il noyabrın 19-da Çande şəhərinin Dinçen rayonunda ibtidai məktəbin girişində avtomobili izdihamın üzərinə sürüb. Hadisə nəticəsində 18 məktəbli xəsarət alıb.
Daha əvvəl Çinin cənubunda yerləşən Quandun əyalətinin Çjuhay şəhərində oxşar hadisə baş verib - noyabrın 11-i axşam saatlarında 62 yaşlı Fan soyadlı sürücü avtomobili insanların üzərinə sürüb. O, hadisə yerindən qaçmağa cəhd göstərsə də, polis tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Formula 1": Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışa çıxarılıb
Almaniyada terror aktı nəticəsində dörd nəfər ölüb, yaralıların sayı 200-ü keçib - YENİLƏNİB-2
YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb
"Formula 1": "Red Bull"da meksikalı sürücünü əvəzləyəcək pilot müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













