"Səbail"in aşağı yaş qruplarından ibarət komandalarına təlim proqramları təşkil edilib
Far.Az xəbər saytı

"Səbail"in aşağı yaş qruplarından ibarət komandalarına təlim proqramları təşkil edilib


“Səbail” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə “Dopinqə qarşı mübarizə” və “Oyun qaydaları” üzrə təlim proqramları təşkil edilib.

"Report" xəbər verir ki, “ASCO Arena”nın akt zalında baş tutan tədbirdə gənc futbolçulara idmanın əsas bəlalarından olan dopinq və yeni oyun qaydaları mövzularında ətraflı məlumat verilib.

Görüş zamanı adıçəkilən mövzularda xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, aidiyyəti üzrə mövzular geniş müzakirə olunmaqla yanaşı, gənc futbolçularla fikir mübadiləsi də aparılıb.

Oxşar xəbərlər

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
“Kəpəz”in aşağı yaş qruplarından ibarət komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər