Rəşad Nəbiyev: Qara qutuların oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək
Far.Az xəbər saytı

Rəşad Nəbiyev: Qara qutuların oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək


Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “AZAL”a məxsus “Embraer” təyyarəsinin qara qutuları aşkarlanıb.

“Far.Az” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, qara qutuların oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş çəkiblər. Nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar.

Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların ifadələrini dinləyib.

Oxşar xəbərlər

Azərbaycanın dövlət rəsmiləri Aktauda aviaqəzada yaralananlarla görüşüb - YENİLƏNİB-2
Nazir: Ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasının səbəbi ilə bağlı açıqlama veriləcək
Kəmaləddin Heydərov təyyarə qəzasında xəsarət alanların son vəziyyətini açıqlayıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər