Peskov: İstintaq başa çatana qədər təyyarənin qəzaya uğrama səbəbləri barədə fərziyyələr irəli sürmək düzgün deyil
Kreml istintaq başa çatana qədər AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması səbəbləri barədə fərziyyələr irəli sürməyi düzgün hesab etmir.
“Far.Az” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada keçirilən brifinqdə təyyarənin atəşə tutulması barədə məlumatlara Kremlin münasibətinə dair jurnalistlərin sualını belə cavablandırıb.
"İstintaqın nəticələrinə qədər hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı. Əlbəttə ki, biz bunu etməyəcəyik və heç kim də bunu etməməlidir. İstintaqın başa çatmasını gözləmək lazımdır", - D.Peskov deyib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Onların 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Oxşar xəbərlər
AZAL-ın prezidenti: "Ekipajın peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb"
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?
Aktau sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün yenidən qan verməyə gəliblər
Qazaxıstan Senatının spikeri: Təyyarə qəzası ilə bağlı nəticə çıxarmaq hələ tezdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













