Rusiya Azərbaycan və Qazaxıstan XİN ilə aviaqəza versiyası barədə danışıqlar aparmayıb
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Aktaudakı təyyarə qəzasının versiyalarının hazırlanması ilə bağlı Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri ilə heç bir danışıqlar aparmayıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkə XİN-in bəyanatına istinadən məlumat yayıb.
"NATO ölkələrində olan xarici agentlərin təşəbbüsü ilə sosial şəbəkələrdə Rusiya XİN-in Mərkəzi Aparatının yüksək vəzifəli əməkdaşlarının guya Azərbaycan və Qazaxıstan XİN nümayəndələri ilə 2024-cü il dekabrın 25-də Aktau şəhərində baş vermiş təyyarə qəzasının versiyalarının hazırlanması ilə bağlı danışıqlar aparması barədə feyk məlumat yayılır. Adı çəkilən ölkələrin Xarici İşlər nazirlikləri ilə bu barədə heç bir danışıqlar aparılmayıb", - nazirlikdən bildirilib.
"Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş dayanır. İnsanların faciəsi üzərində piar etmək cəhdlərini ləyaqətsiz və qəbuledilməz hesab edirik", - nazirlikdən qeyd ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













