DTX Akademiyasının rəisi: Azərbaycanda hüquqşünas hazırlayan təhsil müəssisələrinin sayı çox deyil
Vəkillərin peşəkarlığının yüksəlməsi hüquq-mühafizə orqanlarının peşəkarlığının yüksəlməsi deməkdir.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi, polkovnik Elşad Nəsirov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, diplom alan peşəkar hüquqşünasların öz üzərlərində işləmələrinin vacibliyini vurğulayıb:
"Vəkilləri peşə bayramı münasibəti ilə təbrik edirəm. Vəkillərin peşəkarlığının artması hüquq-mühafizə orqanlarının peşəkarlığının yüksəlməsi deməkdir. Vəkillik institutu öz inkişaf dövrünü yaşayır. Azərbaycanda hüquqşünas kadrlar hazırlayan təhsil müəssisələrinin sayı çox deyil. Bu il bizim Akademiyaya qəbul olan hüquqşünaslar 600-dən çox bal toplayıblar.
Vəkillər Kollegiyasının Akademiyasının yaradılması sevindirici haldır. Sürətli inkişaf hər bir sahədə olduğu kimi bu sahədə də zəruridir. Bu gün diplom alan peşəkar hüquqşünas öz üzərində işləmirsə, beş ildən sonra həmin göstəricilərə sahib olmur".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













