"Real" La Liqada tarixi uğura imza atmağa çox yaxındır
Far.Az xəbər saytı

"Real" La Liqada tarixi uğura imza atmağa çox yaxındır


"Real" klubu İspaniya çempionatında tarixi uğura imza atmağa çox yaxındır.

"Report"un "Marca"ya istinadən məlumatına görə, Madrid təmsilçisi turnirdə qazandığı xalların sayını 5000-ə çatdırmağın bir addımlığındadır.

"Kral klubu" yüksək divizionda keçirdiyi matçlarda ümumilikdə 4999 xal əldə edib. Bu göstəriciyə görə "Barselona" (4887 xal) ikinci, "Atletiko" (4018 xal) üçüncüdür.

Qeyd edək ki, Karlo Ançelottinin baş məşqçisi olduğu komanda La Liqanın XII turundan təxirə salınmış oyunda "Valensiya"nın qonağı olacaq. Qarşılaşma yanvarın 3-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
La Liqa: “Atletiko Madrid” səfərdə “Barselona”nı məğlub edib
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılışı olub
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər