Cənubi Koreyada baş verən təyyarə qəzasında 151 nəfərin öldüyü təsdiqlənib - YENİLƏNİB
Far.Az xəbər saytı

Cənubi Koreyada baş verən təyyarə qəzasında 151 nəfərin öldüyü təsdiqlənib - YENİLƏNİB


Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 151 nəfərin öldüyü təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Xatırladaq ki, “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.

Təyyarənin göyərtəsində 181 nəfər olub.

10:30

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 122 nəfərin öldüyü təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 181 nəfər olub.

Bundan əlavə, Muan Beynəlxalq Hava Limanında təyyarənin qəzaya uğraması ilə əlaqədar bütün daxili və beynəlxalq reyslər ləğv edilib.

10:22

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 120 nəfərin öldüyü təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yanğınsöndürmə xidmətlərinə istinadən məlumat verib.

"Jeju Air”ə məxus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb. Məlumatların təsdiqlənməsi davam edir", - xidmətdən bildirilib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 179 nəfərə çatıb - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər