Hərbi xidmətdən möhlət adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxs barədə ibtidai istintaq yekunlaşıb
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçusu olmuş Yunisov Turab Nazim oğlunun qanunsuz əməlləri barədə həmin dövlət qurumundan daxil olmuş məlumat üzrə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
"Far.Az" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilib ki, istintaqla Yunisov Turab Nazim oğlunun Dövlət Xidmətinin Siyəzən, Saatlı və İsmayıllı rayon şöbələrində müxtəlif vəzifələrdə hərbi qulluqçu qismində işləyərkən tanışı İbrahimov Səxavət Abas oğlu ilə qabaqcadan əlbir olub öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə işə düzəltmə, hərbi xidmətdən möhlət verilməsi və digər adlarla ayrı-ayrı şəxslərə məxsus pul vəsaitlərini külli miqdarda ziyan vurmaqla ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Turab Yunisov və Səxavət İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Kənd təsərrüfatı məhsullarının ixracından gələn 20 milyon manata yaxın pulu Azərbaycana qaytarmayan şəxslər müəyyən edilib
Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













