"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlərin edilməsi III oxunuşda təsdiqlənib
Far.Az xəbər saytı

"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlərin edilməsi III oxunuşda təsdiqlənib


Milli Məclis "yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlərin tətbiqini III oxunuşda qəbul edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, sənədlərdə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.

Layihədə yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədi ilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Miqrasiya Məcəlləsinin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.

Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması nəzərdə tutulur.

Hər iki dəyişiklik layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Hərbi xidmətlə bağlı qanuna dəyişikliklər Ordunun müdafiə qabiliyyətini gücləndirəcək - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər