Far.Az xəbər saytı
Far.Az xəbər saytı
"Barcelona"nın futbolçusu Lamin Yamal La Liqada ayın futbolçusu seçilib
"Barcelona"nın hücumçusu Lamin Yamal İspaniya La Liqasında ayın ən yaxşı oyunçusu seçilib.
"Far.Az" xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.
18 yaşlı futbolçu apreldə keçirdiyi 3 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O bu mükafat uğrunda mübarizədə Lukas Boye ("Alaves"), Vedat Muriqi ("Malyorka"), Karlos Soler ("Real Sosyedad") və Federiko Vinası ("Ovyedo") geridə qoyub.
Yamal bu mövsüm üçüncü dəfə ayın oyunçusu adını qazanıb. O, daha əvvəl noyabr və dekabrda da bu mükafata sahib çıxmışdı.
Xatırladaq ki, vinger sol bud əzələsindən zədə aldığına görə 2025/2026 mövsümünün qalan hissəsini buraxacaq.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Apreldə Türkiyəyə yağan qarın hündürlüyü hamını təəccübləndirdi
Lamin Yamal Avropada 2025-ci ilin ən yaxşı cinah oyunçusu seçilib
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













