Təyyarə qəzasında həlak olan Balakən sakinlərinin nəşləri ailələrinə təhvil verilib
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan səkkiz nəfərin nəşi Balakən rayonuna gətirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəzada həlak olan Balakən rayon Meşəşambul kənd sakini, 1972-ci il təvəllüdlü Mələykə Murtuzəli qızı Anqbazova, Xalatala kənd sakini, 1990-cı il təvəllüdlü Həmzət Muhuma oğlu Qurbaçovun, Yeni Şərif kənd sakinləri - 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayeva və 1960-cı il təvəllüdlü Mömünət Şəhmir qızı Qoqamova, Şərif kənd sakinləri olan iki qardaş - 1968-ci il təvəllüdlü Rəşid Abbas oğlu Qıstarov və 1962-ci il təvəllüdlü İbrahim Qıstarov, Şambul kənd sakini, 1988-ci il təvəllüdlü Yadigar Seyfəddin oğlu Mehdiyev və Qullar kənd sakini 2004-cü il təvəllüdlü Mahmud Muhumahacı oğlu Tütünçüyevin nəşi bu gün səhər saatlarında ailələrinə təhvil verilib.
Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 9-u qəza zamanı həyatını itirib. Qəzada həlak olan Balakən rayonu Şərif kənd sakini, 1998-ci il təvəllüdlü Ramazan Filiyev dekabrın 27-də dəfn olunub.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin nəşləri ailələrinə təhvil verilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Təyyarə qəzasında həlak olan pilotlar dəfn olunub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













