 
	 
			Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşı komadan çıxıb
Hazırda Mangistau vilayət çoxprofilli xəstəxanasında 6 yaralının müalicəsi davam edir, onlardan dördü reanimasiya, ikisi isə travmatologiya şöbəsindədir.
Bu barədə “Far.Az”un Qazaxıstan bürosu ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
Qırğızıstandan olan yaralı travmatik şokdan sonra özünə gəlib, qohumlarını tanıya bilib və ölkəsinə aparılmağa hazırdır. Bu məqsədlə bu gün qırğız həkimlərdən ibarət təyyarənin gəlməsi gözlənilir.
"Qırğızıstan vətəndaşı olan digər iki nəfərin və Azərbaycandan olan yaralıların sabah xüsusi reyslərlə vətənə təxliyə edilməsi planlaşdırılır", - nazirlikdən bildirilib.
Qeyd edək ki, Aktau hava limanı yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan 29 nəfərdən 27-si Mangistau vilayət xəstəxanasına yerləşdirilib.
Xəstələr müxtəlif xəsarətlər - qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı travması, travmatik şok kimi çoxsaylı zədələrlə daxil olublar.
Xəsarət alanlara ilkin tibbi yardım göstərmək üçün təyyarənin qəzaya uğramasından 10 dəqiqə sonra Mangistau vilayətinin 22 təcili tibbi yardım briqadası və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası hadisə yerinə göndərilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, qəza təyyarənin Rusiyanın hava məkanında kənar fiziki-texniki müdaxiləyə məruz qalması nəticəsində baş verib.
Oxşar xəbərlər
Yeni Klinikanın direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib
Qazaxıstan baş nazirinin müavini təyyarə qəzasında yaralanan sərnişinlərə baş çəkib
Qazaxıstan Səhiyyə Nazirliyi: Aktauda Azərbaycanın üç vətəndaşının müalicəsi davam etdirilir
Təyyarə qəzasında həlak olan pilotlar dəfn olunub - YENİLƏNİB-2
Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
- 	
	Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
- 	
	"Arsenal" İngiltərə futbolu tarixində yeni rekorda imza atıb
- 	
	Azərbaycanlı müğənni 800 min manata villa, 250 min dollara isə maşın aldı
- 	
	Saxlanılan icra başçısı KİMDİR?
- 	
	DTX-dən "Hurriyyet TV"də əməliyyat: Vüqar Məmmədov saxlanıldı
- 	
	Rusiyada azərbaycanlı iş adamı qanlı "Mercedes"də ölü tapıldı













