Ölkədə müəllim çatışmazlığı necə öz həllini tapır? - RƏSMİ CAVAB
Son illər Azərbaycanda təhsil sisteminin inkişafı istiqamətində atılan addımlar müəllim kadrlarının say və keyfiyyət göstəricilərinə də təsir edib.
Far.Az-in məlumatına görə, bəzi bölgələrdə və fənlər üzrə müəllim çatışmazlığı məsələsi hələ də müzakirə mövzusudur. Xüsusilə region məktəblərində kadr axını, gənc mütəxəssislərin bölgələrdə işləməyə marağı, eləcə də ixtisas balansı bu sahədə önəmli amillər sayılır.
Hazırda əsas sual ondan ibarətdir ki, ölkə üzrə müəllim çatışmazlığı necə öz həllini tapır?
Elm və Təhsil Nazirliyindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisəsində hər hansı fənn üzrə müəllim çatışmazlığı yarandığı təqdirdə həmin yer vakant olaraq müsabiqəyə çıxarılır:
"Bildiririk ki, il ərzində vakant yerlər yarandıqda ehtiyat kadrlar hesabına müəllimlər cəlb edilir. Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda əvəzçilik qaydasında məktəbə yaxın məsafədə yerləşən digər ümumi təhsil müəssisəsindən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla və ya əvvəlki illərdə həmin məktəbdə çalışmış yaş həddində olan müəllimlər cəlb edilə bilər.
Hazırda tutulmayan vakansiyaların müəllimlərlə təminatı istiqamətində zəruri tədbirlər görülür".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fazil Say evləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güzəştli şərtlərlə mənzil amaq istəynələr üçün YENİ XƏBƏR
-
Bakı Beynəlxalq İncəsənət Festivalında məşhur özbəkistanlı pianoçu iştirak edəcək
-
Bakıda BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalının mətbuat konfransı keçirilib
-
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
-
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
-
Aysel Məmmədova: "Bu festivalda iştirak etmək özünüzə qoyduğunuz ən böyük investisiyadır"













