Qəzzada avqustun əvvəlindən 250 min insan yaşayış yerini tərk edib
Avqust ayında Qəzza zolağında 250 min fələstinli döyüşlərdən qaçaraq yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
“Far.Az” xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin “X” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.
"İsrail hakimiyyəti avqust ayında Qəzzada təxminən 250 000 insanı əhatə edən 12 təxliyə əmri verib. Ailələr döyüşlərdə və yayın istisində əllərindən gələni özləri ilə apararaq daim hərəkətdədirlər", - məlumatda deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki məscidə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb.
Oxşar xəbərlər
İsrail kəşfiyyatının rəhbəri HƏMAS-ın hücumu zamanı idarəsinin uğursuzluğunu etiraf edib
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
OCHA: Dünyada öldürülən humanitar yardım işçilərinin sayı son dərəcə artıb
İsrail ordusu Livandan keçən bir neçə hava hədəfini vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













