Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Cəbrayıl şəhərində milli mətbəx nümunələrimizi tərənnüm edən "Ənənələrə Qayıdış" adlı kulinariya tədbiri keçirilib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən "Far.Az"a verilən məlumata görə, tədbirdə peşəkar aşpazlar və 3 rayonu təmsil edən sakinlərdən ibarət komandalar Azərbaycanın milli mətbəxinin şahı sayılan plov bişiriblər.
Tanınmış kulinar, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun rəhbərliyi altında komandalar Cəbrayıl mətbəxindən “Səbzi plov”, Qubadlı mətbəxindən “Qəlyə plov”, Zəngilan mətbəxindən isə “Maşlı plov” hazırlayıb.
Tədbirin sonunda komandaların hazırladığı mətbəx nümunələri qiymətləndirilmiş və komandalara müxtəlif nominasiyalarda simvolik hədiyyələr təqdim ediliv. Ardınca plovlar Cəbrayılda yaşayan sakinlərə və qonaqlara paylanılıb.
Eyni zamanda, tədbir çərçivəsində Cəbrayıl şəhəri və Cocuq Mərcanlı kəndindən olan uşaqlara Şaxta Baba və Qar qız Yeni il hədiyyələri təqdim edib.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
MM Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciəti qəbul edib - YENİLƏNİB
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













