DİN bayram günlərində şəhər və rayonlara səfər edənlərə müraciət edib
Far.Az xəbər saytı

DİN bayram günlərində şəhər və rayonlara səfər edənlərə müraciət edib


Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində şəhər və rayonlara səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib.

DİN-dən "Far.Az"a verilən məlumata görə, müraciətdə deyilir:

"31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramları günlərində bölgələrimizə - şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır. Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.

İlk növbədə, müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə, günün erkən saatlarında hərəkətə üstünlük verək.

Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq. Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin.

Bayramınız təhlükəsiz olsun!".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
DYP: Bayram günlərində texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək - YENİLƏNİB
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər