Biləsuvarda ağır qəzada xəsarət alan şəxs Bakıda xəstəxanaya təxliyə olunub
Dekabrın 28-də Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verən ağır yol qəzasında xəsarət alan şəxslərdən biri Bakıda xəstəxanaya təxliyə olunub.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, Türkanə Kərimli paytaxtda ixtisaslaşmış xəstəxanalardan birinə yerləşdirilib.
Qeyd edək ki, dekabrın 28-də Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda 3 nəfərin ölümü, daha 8-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "VAZ" markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, Eşqin Kərimli, Türkanə Kərimli, Səlimxanım Əliyeva, Xəyyam Quluzadə, Məlahət Quluzadə, Hüseyn Quluzadə, Tofiq Abdullayev və Gözəl Abdullayeva xəsarət alıb.
Xəsarət alanlardan biri Eşqin Kərimli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reaniminasiya şöbəsində müalicə olunur. Onun bacısı Türkanə Kərimli isə müayinə və müalicə üçün Bakıya yola salınıb.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Biləsuvarda yol qəzasında ölən və xəsarət alan şəxsin kimliyi bilinib - YENİLƏNİB
Mehriban Əliyevanın doğum günüdür
Biləsuvarda toya və yasa gedən avtomobillər toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













