Azərbaycanda bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalı vergidən azad edilib
Bu gündən Azərbaycanda dövlət-özəl tərəfdaşlığı ilə həyata keçirilən bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalı vergidən azad edilib.
“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.
Dəyişikliyə əsasən, dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə etməklə, müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi məbləğdən aşağı olamayan eleketrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanınn müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı- müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunauyğun olaraq bağlanmış dövlət-özəl tərəfdaçşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bağlanmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən edilən müddətə, ancaq 30 ildən çox olmayaraq vergi ödəməkdən azad edilib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
“Gömrük tarifi haqqında” qanuna dəyişiklik son oxunuşda təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Naxçıvanda sahibkarlar üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib













