Şahmat üzrə I dəstə yarışlarına start verilib
Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yanvarın 6-da şahmat üzrə I dəstə yarışlarına start verilib.
"Report" xəbər verir ki, açılış mərasimində çıxış edən AŞF-nin I Vitse-prezidenti Faiq Həsənov ilk dəfə olaraq bütün partiyaların internet üzərində canlı təqdim olunduğunu söyləyib.
O, yekunda ən yüksək nəticə göstərəcək şahmatçıların Azərbaycan çempionatında mübarizə aparacağını bildirib.
Respublika Şahmat Mərkəzində təşkil edilən kişi və qadınlar arasında I dəstə yarışları Azərbaycan çempionatına seçmə xarakter daşıyır. Birinci dəstədə kişilər arasında ilk 5 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatına vəsiqə qazanacaq.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 10 min manat təşkil edir. Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafat qazanacaq. I dəstə yarışlarına yanvarın 14-də yekun vurulacaq. Turnirin baş hakimi Lütfiyar Rüstəmovdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şahmat Federasiyası 2025-ci ilin ölkə çempionatının mükafat fondu və reqlamentini açıqlayıb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













