Aktauda baş verən aviaqəzanın təhqiqatı üzrə komissiyanın 17 eksperti Braziliyadan Qazaxıstana qayıdır - EKSKLÜZİV
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qəzasını araşdıran komissiyanın ekspertləri bu günlərdə Braziliyadan "qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya qayıdacaqlar.
Bu barədə “Report”un Qazaxıstan bürosunun sorğusuna cavab olaraq Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib.
"Komissiya üzvləri Qazaxıstana qayıdırlar. Qazaxıstan, Azərbaycan və Rusiyanın nümayəndələrindən ibarət 17 beynəlxalq ekspertimiz var. Onlar Braziliyaya getmişdilər. Gəldikdən sonra ekspertlər dərhal "qara qutu”ların deşifrə edilmiş məlumatlarının öyrənilməsi və təhlilinə başlayacaqlar", - Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
Qurumdan əlavə ediblər ki, yaxın vaxtlarda onlar Qazaxıstanda olacaqlar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Qazaxıstanın AZAL-ın təyyarə qəzasını araşdıran komissiyası ilkin nəticələri 30 gündə açıqlayacaq
Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzasının səbəblərini araşdıran komissiya iş planını müəyyənləşdirib
Əfsanəvi pilot ekipajın qəhrəmanlığı barədə: İdarəetmədən çıxan təyyarə ilə mübarizə aparırdı - MÜSAHİBƏ
Türkiyəli ekspert: Rusiya Prezidentinin üzrxahlığından sonra aviaqəzanın necə baş verdiyinə aydınlıq gətirilməlidir
Ekspert: Təyyarə qəzasının səbəblərini ətraflı bilmək üçün gözləmək lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Eskobar: Kolumbiya WUF13 çərçivəsində təqdim olunan yeni imkanları yüksək qiymətləndirir
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
Anar Quliyev: "Baku Urban Award" dünyanın müxtəlif regionlarında balanslı şəkildə formalaşdırılacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
Lənkəranın 4 kəndində işıq olmayacaq













