Bakıda WUF13-ün beşinci günü işinə başlayıb
Far.Az xəbər saytı

Bakıda WUF13-ün beşinci günü işinə başlayıb


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) beşinci günü öz işinə başlayıb.

Far.Az xəbər verir ki, gün WUF13 çərçivəsində "Xeyriyyəçilik və Vətəndaş Cəmiyyəti", "Yaxın Şərq Böhranı və Onun Qlobal Mənzil və Şəhərsalma Təsirləri", Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması: Dayanıqlı təcrübələr standartı", "Rəqəmsal Əməkdaşlıq üzrə Merlər (MDC): Açılış Assambleyası", "Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq Vasitəsilə Təhlükəsiz və Davamlı Şəhərlər və İcmalar Qurulması: Sürətlə Urbanizasiya Edilən Qlobal Cənub üçün İnnovativ Tərəfdaşlıqlar və Həllər" kimi mövzularda sessiyalar baş tutacaq.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Forum mayın 17-də start götürüb və 22 mayadək davam edəcək.

WUF13 Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər