Kobaxidze: "Azərbaycanda imzalanmış sazişlər misilsiz əhəmiyyət kəsb edir"
"Azərbaycanda imzalanmış sazişlər misilsiz əhəmiyyət kəsb edir, bu razılaşmaların hamısı ölkəmizin iqtisadi inkişafı, enerji təhlükəsizliyi və tranzit funksiyamızın gücləndirilməsi üçün fundamental önəmə malikdir".
Far.Az "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısı Azərbaycan tərəfinə təşəkkürünü bildirərək qeyd edib ki, bu, iki hökumət arasında keçirilən standart danışıqlar deyil, daha çox dostların dialoqu olub:
"Reallıqda nəticələr göstərir ki, ölkəmizin Orta Dəhlizdəki rolu durmadan artır, bütövlükdə Orta Dəhlizin rolu da yüksəlir. 2020-ci ildən bəri Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi yeddi dəfə artıb. Əlbəttə ki, biz bu üstünlükdən maksimum istifadə etməliyik və edirik də. Bu baxımdan Azərbaycanda imzaladığımız sazişlər misilsiz əhəmiyyətə və miqyasa malikdir. Sazişlər müxtəlif istiqamətlər üzrə imzalanıb və onların hamısı bizim tranzit funksiyamızın inkişafı ilə bağlıdır. Bu, qazın idxalı və tranzitinə aiddir ki, burada çox faydalı, son dərəcə səmərəli sazişlər imzalandı. Ən əsası, biz uyğun qiymətlər və müvafiq həcmlər əldə etdik ki, bu da ölkəmizin enerji təhlükəsizliyi üçün son dərəcə vacibdir. Buna görə Azərbaycan tərəfinə təşəkkür etməliyik"
Baş nazir strateji infrastruktur layihələri ilə bağlı xüsusi detalları da açıqlayıb:
"Qazın idxalı və tranzitinə gəlincə, söhbət elektrik enerjisinin idxalı və tranzitindən, həmçinin son üç ildir fəaliyyəti dayandırılmış Bakı-Tbilisi-Supsa neft kəmərindən gedir. Ölkə bu səbəbdən ildə onmilyonlarla lari potensial gəlir itirirdi və artıq bu boru kəmərinin fəaliyyəti bərpa olunacaq, burada da bizim üçün ən yaxşı şərtlər təmin edilib. Dəmir yoluna gəlincə, ayın sonundan etibarən Bakı-Tbilisi-Qars dəmir yolu tam xətt olaraq istifadəyə veriləcək və eyni zamanda Gürcüstanla Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsi bərpa olunacaq. Bütün bu sazişlər ölkəmizin iqtisadi cəhətdən güclənməsi, enerji təhlükəsizliyi və tranzit funksiyamızın möhkəmlənməsi üçün əsaslı əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Eskobar: Kolumbiya WUF13 çərçivəsində təqdim olunan yeni imkanları yüksək qiymətləndirir
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
Anar Quliyev: "Baku Urban Award" dünyanın müxtəlif regionlarında balanslı şəkildə formalaşdırılacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
İngiltərədə uşaq istismarı ilə bağlı qalmaqal: 20 nəfərə ümumilikdə 277 il həbs













