Türkiyədə Bosforda qanunsuz tikili ilə bağlı araşdırmalara başlanılıb
Far.Az xəbər saytı

Türkiyədə Bosforda qanunsuz tikili ilə bağlı araşdırmalara başlanılıb


Türkiyə hökuməti İstanbulda Bosfor sahilindəki malikanənin yerində qanunsuz tikinti işlərinin aparılmasına qadağa qoyub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Malikanənin kimə məxsus olması barədə rəsmi məlumat verilmir.

Yerli KİV iddia edir ki, bina rusiyalı iş adamı Roman Abramoviç tərəfindən satın alına bilər.

İstanbulun Asiya hissəsindəki Üsküdar səmtində yerləşən malikanə 8 658 il həbs cəzasına məhkum edilmiş Adnan Oktara məxsus olub. Onun yerləşdiyi ərazidə ağacların kəsildiyi və qanunsuz tikintiyə başlanıldığı bildirilir.

Qəzet iddia edir ki, malikanə 26 milyon dollara rusiyalı iş adamı Boris Borisenko tərəfindən Abramoviçin adına alınıb. 2023-cü ildə Abramoviçin nümayəndəsi bu məlumatı təkzib etmişdi.

İstanbul meriyası binanın yenidən qurulmasına deyil, yalnız təmirə icazə verildiyini bildirib. Aşkar olunmuş pozuntulara görə avqustun 16-da ərazi möhürlənib. Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum avqustun 22-də tikinti işlərinin dayandırıldığını, ədliyyə naziri Yılmaz Tunç isə Türkiyə Cinayət Məcəlləsinin 184-cü maddəsi (ətraf mühitə qarşı cinayətlər) ilə cinayət işinin açıldığını bildirib.

Oxşar xəbərlər

Rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib
İdarə rəisi Ramanada torpaqların zəbt edilməsi və tikinti aparılmasına görə həbs edilib
Torpaqların qanunsuz zəbt edilərək tikinti işlərinin aparılmasına şərait yaratmaqda təqsirləndirilən şəxs həbs edilib
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər