Yunanıstan, Kipr və Misir enerji sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Yunanıstan, Kipr və Misir liderləri enerji, müdafiə, liman xidmətləri və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
"Far.Az"un "ERT News" telekanalına istinadən verdiyi məlumata görə, bunu Qahirədə keçirilən üçtərəfli sammitin yekunları üzrə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib.
Onun sözlərinə görə, sammitdə enerji sahəsində strateji əməkdaşlığı gücləndirmək öhdəliyi bir daha təsdiqlənib.
Qeyd edək ki, bu gün Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Kristodulides arasında 10-cu üçtərəfli sammit keçirilib.
Tərəflər, eləcə də Kipr qazının Misirin LNG qurğuları vasitəsilə ixracı imkanları və Misirlə Yunanıstan arasında elektrik enerjisi bağlantısı mövzularını müzakirə ediblər.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
-
Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan AÇIQLAMA













