"Barselona" "Kamp Nou" stadionunun köhnə əşyalarını hərraca çıxarıb
Far.Az xəbər saytı

"Barselona" "Kamp Nou" stadionunun köhnə əşyalarını hərraca çıxarıb


İspaniyanın "Barselona" klubu "Kamp Nou" stadionunun köhnə əşyalarını hərraca çıxarıb.

“Report” “beIN Sports”a istinadən xəbər verir ki, ən dəyərli əşyalar arasında həm klubun əfsanələrinin, həm də hazırkı futbolçuların şkafları yer alıb.

Hərracda ən nəzərəçarpan əşyalardan biri Lionel Messinin şkafıdır. Başlanğıc qiyməti 350 min dollar olan bu şkafın divarlarında argentinalı hücumçunun butslarının izləri hələ də qalmaqdadır.

Barselona bu hərrac vasitəsilə təkcə vəsait toplamağı deyil, həm də azarkeşləri ilə klubun zəngin tarixi arasında emosional əlaqəni gücləndirməyi hədəfləyir.

Hərrac yanvarın 23-dən fevralın 13-dək davam edəcək. Həmçinin meydanın künc bayraqları və ehtiyat skamyası yaxınlığındakı otun üzərində trafaretlə çap edilmiş təşkilat lövhələri də təqdim olunacaq.

Hərracdakı ən dəyərli əşyaların başlanğıc qiymətləri:

Lionel Messinin şkafı: 350000 dollar
Jerar Pike və Dieqo Maradonanın şkafı: 200000 dollar
Ronaldinyonun şkafı: 100000 dollar
Neymarın şkafı: 40000 dollar
Qavinin şkafı: 23000 dollar
Luis Suaresin şkafı: 20000 dollar
Romarionun şkafı: 20000 dollar
Tyerri Anrinin şkafı: 20000 dollar
Xavinin şkafı: 20000 dollar
Ronald Arauxonun şkafı: 15000 dollar

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər