Bundesliqa: “Bayer” “Borussiya”nı 19 dəqiqədəki üç qolla məğlub edib
Almaniya Bundesliqasının XVI turunun Dortmund "Borussiya"sı ilə "Bayer"in qarşılaşdığı oyun başa çatıb.
"Far.Az"un məlumatına görə, komandalar Dortmunddakı eyniadlı stadionunda qarşılaşıblar.
Qarşılaşmanı Tobias Stilerin başçılıq etdiyi hakimlər briqadası idarə edib. "Bayer" 3:2 hesabı ilə qalib gəlib.
Qarşılaşmada hesabı ilk dəqiqədə "Bayer"in yarımmüdafiəçisi Neytan Tella açıb. Səkkizinci dəqiqədə meydan sahiblərinin ikinci qolunu hücumçu Patrik Şik vurub. Dörd dəqiqə sonra “Borussiya”nın hücumçusu Ceymi Bayno-Qittens hesabdakı fərqi azaldıb. On doqquzuncu dəqiqədə Şik dubla imza atıb. Matçın 78-ci dəqiqəsində "Borussiya"nın hücumçusu Seru Qirassi penaltini dəqiq yerinə yetirib.
Bayer 2024/2025-ci illər mövsümündə Almaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. Komanda 16 matçda 35 xal toplayıb. “Borussiya” 25 xalla altıncı yerdədir. Almaniya Bundesliqasının turnir cədvəlinə 36 xalla "Bavariya" başçılıq edir.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Millətlər Liqası: Azərbaycan yığması son oyununda böyük hesabla məğlub olub – YENİLƏNİB - 9 - VİDEO
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
Millətlər Liqası: Azərbaycan millisinin qapıçısı penaltini dəf edib - YENİLƏNİB - 6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













