"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"
Far.Az xəbər saytı

"Quba"nın baş məşqçisi: "Bu gün oyuna qələbə üçün çıxacağıq"


Bu gün oyuna qələbə üçün çıxacağıq.

"Far.Az" xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının X turunda bu gün "Ordu"ya qarşı keçirəcəkləri matçdan öncə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis qələbə qazanmaq istədiklərini deyib:

"Bu gün oyuna qələbə üçün çıxacağıq. Komandalar heyətlərini gücləndirib. Hər bir komanda özünün çatışmayan cəhətini düzəltməyə çalışıb. Yəqin ki, "Ordu" da bu müddətdən istifadə edib və heyətinə yeni oyunçular qatıb. Bu gün qələbə qazanmaq istəyirik. Oyun hər şeyi göstərəcək".

O, heyətlərini lazımi qədər genişləndirə bilmədiklərini vurğulayıb:

"Qrupumuzda üçhakimyətlik davam edir. "Şəki", "Gəncə" və biz bir oyun az keçirmişik. "Ordu"nun "Gəncə" üzərində qələbəsi də var, amma bunu sensasiya saymıram. Çünki "Gəncə" deyildiyi kimi güclü komanda deyil. Biz o komanda ilə üç hissə bərabər səviyyədə mübarizə apardıq. Sadəcə, sonda oyunçuların yorğunluğu sözünü dedi. Onların heyəti isə genişdir, rotasiya edə bilirlər. Bizdə bu sarıdan yenə problem ortaya çıxa bilər. Çünki heyəti genişləndirə bilməmişik. Yalnız Fikrət Ələkbərovu transfer etmişik. Onun komandaya gəlişi işimizi xeyli asanlaşdıracaq. O, sevdiyim, çox yaxşı və ağıllı oyunçudur. Komandadakı çatışmazlığı Fikrətlə aradan qaldırmağa çalışacağıq".

Məşqçi uzun fasilələrin bəzən oyuna təsir etdiyini də söyləyib:

"Sözün düzü, uzun fasilələr bəzən oyun ritminə təsir edir. Amma bu, labüd idi, olmalıydı. Hansı komanda fasilədən yaxşı istifadə edə bilibsə, qalib gələcək. Çempionatın növbəti mərhələsinin daha maraqlı olacağını düşünürəm. Sözsüz ki, biz də liderlik üçün çalışacağıq. Heyətimiz pis deyil. Müəyyən uğurlar qazanmaq üçün mübarizə aparacağıq".

Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində baş tutacaq "Ordu" - "Quba" matçının start fiti saat 16:30-da səsləndiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər